Masallıda kriminal avtoritetin qardaşı öldürüldü

Masallıda kriminal avtoritetin qardaşı öldürüldü
19:22 21 Dekabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda qətl hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti  müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.

Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/501110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR