x
Loading...

Aktrisanın cangüdənləri müxbir və fotoqrafı döydülər - video

Aktrisanın cangüdənləri müxbir və fotoqrafı döydülər - video
19:51 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Dünya şöhrətli aktrisa Monika Bellucanın Moskva səfəri zamanı xoşagəlməz anlar yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisanın cangüdənləri iki rus vətəndaşını döyüblər. Belə ki, Monika otellərdən birinə rəsmi nahara dəvət alıb. Bu zaman rusiyalı müxbir və fotoqraf ona yaxınlaşaraq, müsahibə almaq istəyiblər. Lakin cangüdənlər onları Bellucaya yaxın buraxmayıblar.

Bundan əsəbləşən fotoqraf cangüdənləri söyməyə başlayıb. Təhqirə dözməyən cangüdən onu yerə yıxaraq döyüb. Araya müxbir və digər cangüdənlər də giriblər.

Fotoqrafın verdyi məlumata görə, onun aparatına ziyan dəyməsə də, amma özü və yoldaşı yaxşıca zədələniblər.

Xatırladaq ki, Monika Rusiyaya “Saman yolu” filminin təqdimat mərasiminə qatılıb. Bu, onun ölkəyə ikinci səfəridir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR