x
Loading...
.

"Zirə" çempionatda kimə 4 qol vurub ki..." - Elxan Abdullayev

"Zirə" çempionatda kimə 4 qol vurub ki..." -   Elxan Abdullayev
20:07 21 Dekabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+
.

"Ağır oyun olacağını bilirdik. Elə də oldu". Bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Zirə"ni qəbul edən "Neftçi" 1:2 hesabı ilə uduzsa da, 2 oyunun nəticəsinə görə yarımfinala adlayıb.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib: "Amma istəyimizə nail olduq. Kubokda yarımfinala çıxdıq, bu, bizim üçün çox vacib idi. Komandanı təbrik edirəm".

 

- Rəqib ilk qolu vurub hesabda önə keçəndə narahatlıq hissi yarandımı?

- Xeyr. Mən tam arxayın idim. Məşqçi kim bilirdim ki, bu oyunu 100 faiz keçəcəyik. Amma futbolçunu rahatlaşdırmaq olmaz. "Zirə" çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun? (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquot-cempionatda-kim-4-qol-vurub-kiquot-t55076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR