Ukrayna Rusiya ilə sərhəddə divar tikməyə başladı

Ukrayna Rusiya ilə sərhəddə divar tikməyə başladı
20:27 21 Dekabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Rusiya ilə sərhəddə yerləşən Luqansk rayonunda divar tikməyə başlayıb.

Milli.Az-ın qafqazinfo-ya isitinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhədi Xidmətinin rəhbəri Viktor Nazarenko bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi uzun zamandır maliyyə probleminə görə gerçəkləşmirdi: "Xarkov rayonunda işlərin 50 faizi artıq görülüb. Luqanskda isə işlər hələ yeni başlayıb".

Qeyd edək ki, 2016-cı ildə "Divar" adlı layihəyə 45 milyon dollar ayrılması ehtimal olunurdu, lakin son nəticədə 7,5 milyon dollar ayrılıb ki, bunun 6,6 milyon dolları artıq xərclənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR