İranın Türkiyədəki baş konsulluqları sabah işləməyəcək

İranın Türkiyədəki baş konsulluqları sabah işləməyəcək
20:32 21 Dekabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ İranın Türkiyənin İstanbul, Ərzurum və Trabzon şəhərlərindəki baş konsulluqları dekabrın 22-də də bağlı olacaq.
“Report” Ulusalkanal-a istinadən xəbər verir ki, bu barədə Tehranın Ankaradakı səfirliyinin saytında məlumat yayılıb.
Diplomatik təmsilçilikdən bildirilib ki, dekabrın 22-də fəaliyyət göstərilmədiyindən vətəndaşlardan müraciət etməmələri xahiş olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar İran tərəfi adı çəkilən şəhərlərdəki baş konsulluqlarının dekabrın 21-də fəaliyyət göstərməyəcəyini bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranin-turkiyedeki-bas-konsulluqlari-sabah-islemeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR