Zorlamada ittiham edilən sabiq prezident azadlığa çıxdı

Zorlamada ittiham edilən sabiq prezident azadlığa çıxdı
20:53 21 Dekabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

Zorlamada ittiham olunan İsrailin sabiq prezidenti İsrail Moşe Katsav azadlığa çıxıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Moşe Katsav barmaqlıqlar arxasında beş il keçirib.

Beləliklə, sabiq prezident həbsxanadan iki il əvvəl çıxıb. Əfv komissiyası cəzanın yungülləşdirilməsi haqqında onun ərizəsini təmin edib.

Xatırladaq ki, 2011-ci ildə Moşe Katsav zorlamada ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum olunub. Moşe Katsav cəzasını Təl-Əviv yaxınlığındakı Maasiyahu həbsxanasında çəkirdi. Moşe Katsav İsraildə həbs cəzası verilən ilk sabiq prezidentdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR