Havanın kəskin dəyişilməsi zamanı TÖVSİYƏLƏR

Havanın kəskin dəyişilməsi zamanı TÖVSİYƏLƏR
21:37 21 Dekabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Havanın kəskin dəyişilməsi, maqnit qasırğalar bir çox insanların səhhətinə və əhval-ruhiyyəsinə mənfi təsir edir. Buna meteohəssaslıq deyilir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, meteohəssaslıq bu və ya digər formada, demək olar, hər bir insanda var. Meteohəssaslığın yüngül formalarında insan yorğunluq, yüngül baş ağrısı, əhvalın dəyişilməsi hiss edə bilər. Ağır formalarda isə güclü baş ağrıları, təzyiqin kəskin yüksəlməsi, ürək tutması kimi simptomlar meydana çıxır.

Havanın kəskin dəyişilməsi səhhətinizə daha az təsir etsin deyə, həkimlərin tövsiyələrinə əməl edin:
1. Fiziki və emosional gərginlikləri azaldın - daha az işləyin, daha çox dincəlməyə çalışın.
2. Həddindən artıq yeməyin. Qidalar yüngül olmalıdır - meyvə-tərəvəz, süd məhsulları, yağsız ət, sıyıqlar.
3. Spirtli içkiləri içməyin, daha az siqaret çəkin.
4. Mümkün qədər çox yatın. Havanın kəskin dəyişilməsi zamanı yuxu meteohəssas insanlar üçün əsl "dərmandır".
5. Müasir insanın əsas stress-faktorları olan televizor, internet, sosial şəbəkələrdən uzaq durun.
6. Bitki çayları (çobanyastığı, itburnu, melissa), yaşıl çay için.
7. Sizdə hipertoniya və (və ya) ürək xəstəlikləri varsa, səhhətinizə qarşı daha diqqətli olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/500764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR