Ağcabədidə 45 yaşlı kişi qətlə yetirildi

Ağcabədidə 45 yaşlı kişi qətlə yetirildi
21:43 21 Dekabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Kərimov bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. İlkin məlumata görə, Namiq Kərimov dostu tərəfindən qətlə yetirilib. Hazırda polis və prokurorluq əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək həbsi istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/180784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR