Lənətlənmiş məkanların VAHİMƏLİ TARİXİ - FOTO

Lənətlənmiş məkanların VAHİMƏLİ TARİXİ - FOTO
21:47 21 Dekabr 2016
239 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bəzi yerlər var ki, vahiməli olduğu üçün insanların marağını çəkir.

Milli.Az publika.az-a istinadən dünyada ən vahiməli 10 yeri təqdim edir:

Telema Monastırı - Siciliya

Telema Monastırı dünyadakı ən ürküdücü yerlərdən biridir. Bu monastırın divarları çox tanrılı dinlərə ibadət və bütpərəstlərin şəkilləri ilə doludur. Bu monastır satanistlərin çox məşhur partiyalarını verdiyi bir yer olaraq da bilinir. Bu monastır ilə əlaqədar film çəkilib, ancaq film əsrarəngiz şəkildə itib və heç yerdə tapılmayıb.

Cadugər bazarı - Meksika

Sonarada kiçik daxmalarda yaşayan ifritələr, inancsız və yoxsul insanlardan 20 dollar pul alaraq onlara yaxşı yaşayış vəd edirdilər. Gələcəkdə özlərinə nə olacağını öyrənmək istəyən turistlərin axınına uğrayan cadugər bazarında: ilan qanı, sirli içkilər və şans gətirdiyinə inanılan qurudulmuş ağcaqanad qanı satılır. Şans üçün qurudulmuş ağcaqanad qanına ehtiyacım var deyirsinizsə, buranı ziyarət edib ala bilərsiniz.

Mari Kinqs Kilsəsi - Edinburq

18-ci əsrdə vəba xəstələri bu kilsə içində ölümə tərk ediliblər. Bu kilsəyə gedib içində gəzənlər əllərinə, ayaqlarına, bədənlərinə görünməz bir şeyin toxunduğunu iddia edirlər. Oradakı bölgədə yaşayan insanlar isə bunun: ana atası tərəfindən 1646-ci ildə orada tərk edilən Anniya adlı bir qızın qarabasması olduğunu söyləyir.

Çernobıl - Ukrayna

Çernobıl fəlakətindən sonra on minlərlə insan yaşadığı yeri tərk edib. Çernobıl sakinləri hər şeylərini parklarda oyuncaqları, masaların üzərində gündəlik qəzetləri belə olduğu kimi tərk ediblər. Radiasiya səviyyəsi düşdükdən sonra bura turist gəzintilərinin çox sıx gəldiyi yerlərdən biridir.

Vinçester evi - Kaliforniya

Sarah Vinçestera arsenal fabriki miras qalır. Sarah mirasdan dərhal sonra falçıya gedir. Falçı, Saraha həyatı boyunca qarabasmaların arxasında olacağını və bundan xilas olmanın tək yolunun qərbə gedib ev inşa etməsi lazım olduğunu söyləyir. Üstəlik inşaatın ölənə qədər davam etməsi lazım olduğunu deyir. Sarah qarabasmalardan xilas olmaq üçün falçının dediklərini edir və 1885-ci ildə başlayan inşaat Sarahın ölümünə qədər, yəni 39 il davam edir. Qarabasmalara inanmayanlar belə indiki vaxtda bura getdiklərində qarabasma gördüklərini iddia edirlər.

Mutter Muzeyi - ABŞ

Mutter Muzeyi böyük kəllə kolleksiyası ilə məşhurdur. Bura həkimlər üçün təhsil məqsədi ilə tikilib. Bu muzeydə 2 başlı bir uşaq skeleti, basdırıldığı yerdə sabuna çevrilmiş qadın cəsədi kimi çox qorxunc şeylər görə bilərsiniz.

Manchac Bataqlığı - Luiziana

Ruh bataqlıq olaraq bilinən Manchac bataqlığı dünyada olan lənətli yerlərdən biridir. Əfsanəyə görə qara cadu ilə məşğul olan bir qadın bura məhbus edilib və qadına haqsız yerə əziyyət veriblər. Qadın buna görə ölməmişdən əvvəl bölgəni lənətləyib. 1918-ci ildə qəflətən yaranan fırtına ucbatından buradakı kəndlər yerlə bir olub.

Pasxa adası - Çili

Bura daşlardan oyularaq düzəldilən nəhəng heykəllərin dua edirmiş kimi səmaya baxması ilə məşhur bir adadır. Bu adada dövrü üçün heykəltəraşlıqdan anlayan heç kim yox ikən, 110 ton ağırlığında və 23 metr yüksəkliyindəki fövqəladə heykəlləri kimin düzəltməsinin bilinməməsi ürpərdici hadisədir.

Truk Lagoon - Mikroneziya

Truk Lagoon yapon donanmasının böyük bir hissəsi bu adanın cənub-şərqində, suyun dərinliyində yatmaqdadır. Burada 60-dan çox gəmi ilə yanaşı 1944-cü ildə suya düşən Yapon 4 Donanmasına aid hərbi təyyarələr var. Buranı görmək üçün enən dalğıclar geri qayıtmır.

Yeraltı Qəbiristanlığı - Paris

Son 150 ildir ki, aktiv turist mərkəzi olan bu yeraltı məzarlıq 6 milyon cəsədlə dünyanın ən böyük qəbiristanlığı kimi tanınır. İddiaya görə, VII əsrdə şəhərdə vəba xəstəliyindən ölənlər kilsənin qərarı ilə əhəng ocaqlarında yandırılıb. Bu məqsədlə yerin altında otaqlar düzəldilib və minlərlə insan meyiti məhv edilib. Bu prosesin üstü isə 1844-cü ildə açılıb. Həmin il Parisdə metro çəkilişi üçün yer qazarkən otaqlar aşkar edilib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/500294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR