Azərbaycan və İndoneziyanın yeni əməkdaşlıq istiqaməti

Azərbaycan və İndoneziyanın yeni əməkdaşlıq istiqaməti
22:22 21 Dekabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və İndoneziya multikulturalizm ideyasının təbliği yollarını müzakirə edəcək. Milli.Az bildirir ki, bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Tərəflər mədəni və sosial aspektləri dekabrın 22-23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, "Qafqaz" Universiteti və İndoneziyanın Cuanda, Surakarta və Sunana universitetlərinin dəstəyi ilə keçiriləcək seminar çərçivəsində müzakirə edəcək.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənaninin sözlərinə görə, bu gün iki ölkə arasında möhkəm əlaqələr mövcuddur.

Səfir deyib: "İndoneziya və Azərbaycan multikulturalizm, sülh və qarşılıqlı anlaşma ideyalarının təkcə öz ölkələrində yox, həm də qlobal miqyasda yayılması sahəsində əməkdaşlıqlarını inkişaf etdirə bilərlər."

Diplomat əlavə edib ki, hər iki ölkə multikulturalizm ideyalarının treninqlər, birgə tədqiqatlar, seminarlar vasitəsilə təbliğ olunması istiqamətində işlər həyata keçirə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR