Almaniyanın güc strukturları Berlindəki terror aktını törətmiş şəxs barədə əvvəldən məlumatlı olub

Almaniyanın güc strukturları Berlindəki terror aktını törətmiş şəxs barədə əvvəldən məlumatlı olub
23:02 21 Dekabr 2016
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Berlində hücuma iştirakda şübhələnilən tunislinin Şimal Reyne-Vestfaliyasında musəlman döyüşçülərlə əlaqədə olması alman güc strukturlarına məlum idi.
"Report" "MIG News"a istinadən xəbər bu barədə daxili işlər naziri bildirib.
"Təhlükəsizlik orqanları 2016-cı ilin noyabrında terrorçuluğa qarşı mərkəzlə bu insan haqqında informasiya mübadiləsi edirdi", - deyə Şimal Reyne-Vestfaliyasının daxili işlər naziri mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şübhəli şəxs Almaniyada sığınacaq verilməsi haqqında ərizə versə də onun ərizəsi iyulda rədd edilib. Onu Tunisə deportasiya etmək cəhdləri uğursuz olub. Ççünki onun şəxsiyyətini təsdiqləyən sənədlər omadığından Tunis hökuməti buna etiraz edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyanin-guc-strukturlari-berlindeki-terror-aktini-toretmis-sexs-barede-evvelden-melumatli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR