Hollivud aktyoru Trampa görə Putinin yanına gedir

Hollivud aktyoru Trampa görə Putinin yanına gedir
23:56 21 Dekabr 2016
217 Şou
Ölkə mətbuatı
A- A+

Hollivud aktyoru Dolf Lanqren Rusiyaya köçmək barədə danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor ABŞ-da yeni seçilmiş prezidentin ölkə üçün fəlakət gətirəcəyini düşünür. Dolf bildirib ki, əgər ölkədə vəziyyət dəyişsə, o, Rusiyaya köçmək barədə qərar verəcək.

“Düzdür, mənim siyasətdən o qədər də başım çıxmır. Amma Rusiya prezidenti Vladimir Putin səbirli, ağıllı, güclü birinə bənzəyir. Bir də onun həmişə bir planı olur”, - deyə aktyor qeyd edib.

Xatırladaq ki, Lanqren Rusiya vətəndaşı olmaq istəyən yeganə məşhur deyil. Bundan əvvəl Jerar Departye və Stiven Siqal da bu ölkənin vətəndaşlığını qəbul edib.


 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR