O məşhur futbolçu tezliklə öləcək - Qorxunc açıqlama

O məşhur futbolçu tezliklə öləcək -   Qorxunc açıqlama
00:07 22 Dekabr 2016
156 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur braziliyalı ektrasens Karlinyos növbəti təxmini ilə hər kəsi çaşdırıb. O, məşhur çilili futbolçunun dünyasını dəyişəcəyini söyləyib.

Braziliyalı "Chilevision"a açıqlamasında bunları bildirib: "Çox məşhur çilili futbolçu 2018-ci il dünya çempionatından öncə vəfat edəcək. Əgər Çili DÇ-2018-ə vəsiqə əldə etsə, həmin oyunçu turnirə yollanmayacaq".

Ad açıqlamayan Karlinyos sözlərinə belə davam edib: "Çox məşhurdur, legioner həyatı yaşayır. Çili üçün əfsanə statusunu daşıyır. Ailəsində də problemlər başlayacaq. Amma indi problemlər başlamayıb".

Karlinyosun bu şok açıqlaması Cənubi Amerika mətbuatını bir-birinə vurub. Mətbuatda daha çox Aleksis Sançes, Arturo Vidal və Klaudio Bravonun adları çəkilir.

Qeyd edək ki, Karlinyos 8 ay əvvəl qatıldığı verilişlərin birində Braziliyanın "Şapekoense" klubunun təyyarə qəzası zamanı məhv olacağını söyləmişdi. 2016-cı ilin mart ayında ekstrasens bu sözləri söyləmişdi: "Braziliyanın bir futbol klubu təyyarə qəzasına uğrayacaq və komanda üzvləri həlak olacaqlar. Bu dediyim 1-1,5 il ərzində olacaq".

54 yaşlı Xose Ferreyra dos Santos (Karlinyos) DÇ-2014-dən əvvəl mundialda Braziliyanın Almaniyaya 1:7 hesabı ilə məğlub olacağını və Neymarın turniri zədə səbəbindən yarımçıq tərk edəcəyini söyləyərək adından söz etdirmişdi. (qafqazinfo)

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-o-mhur-futbolcu-tezlikl-olck-t55080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR