x
Loading...
.

Almaniya Berlində terror aktını törətmiş şəxs barədə məlumata verənə mükafat vəd verib

Almaniya Berlində terror aktını törətmiş şəxs barədə məlumata verənə mükafat vəd verib
00:17 22 Dekabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları paytaxt Berlində baş vermiş terror aktında iştirakda şübhəli bilinən terrorçu haqqında məlumat verən şəxsə 100000 avro (104260 dollar) məbləğində mükafat vəd edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, terror aktına iştirakda şübhəli bilinən Tunis vətəndaşı, 24 yaşlı Anis Amirinın silahlı və təhlükəli olduğu bildirilir.
Federal Prokurorluq bəyanatında bildirib ki, polisin verdiyi dəstəklə Almaniyanın 16 federal bölgəsində Amiri axtarır.
"Terrorçuluqda şübhəli bilinən şəxs Amrinin boyu 178 santimetr, çəkisi təxminən 75 kq-dır. Qara saçlara və qonur gözlərə malikdir" – deyə prokurorluğun bəyanatında bildirilir.
"Ehtiyatlı olun, o, silahlı ola bilər və təhlükəlidir!" – deyə Federal Prokurorluğun xəbərdarlığında vurğulanır.
Amrinin həmçinin iki şəkili idarənin veb-saytında yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniya-berlinde-terror-aktini-toretmis-sexs-barede-melumata-verene-mukafat-ved-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR