2016-cı il ən isti il oldu

2016-cı il ən isti il oldu
03:33 22 Dekabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı il bütün meteomüşahidə dövrü ərzində qeydə alınan ən isti il olub.

Publika.az Sputnik-a istinadən bildirir ki, artıq cari ilin 11 ayının göstəriciləri əsasında ötən ilin analoji dövrü ilə müqayisədə rekord hədd qeydə alınıb. Yanvar-noyabr ayları ərzində bizim planetin iqlimi 0,94 Selsi isti olub. Bu isə 2015-ci illə müqayisədə 0,07 dərəcə artıqdır. 2016-cı il həm də dekabrda müşahidə olunan ümumi yüksək temperatura görə də rekord qırıb.

Ekspertlərin proqnozlarına görə, bu ilin yekunlarına əsasən orta illik temperatur sənaye dövrünə qədərki temperaturdan 1,2 dərəcə yüksəkdir. Mütəxəssislər qeyd ediblər ki, 2016-cı ildə temperaturun yüksək göstəriciləri təkcə insanların fəaliyyəti ilə əlaqədar deyil. Hazırkı istiləşmədə El-Nino adını almış təbiət hadisəsi öz rolunu oynayıb. Söhbət Sakit okeanın səthinə qalxan iri ölçüdə isti su kütlələrindən gedir. İqlimşünaslar bildirirlər ki, insanların fəaliyyəti iqlimə ciddi təsir göstərir.

Söhbət insanların fəaliyyəti nəticəsində Yer kürəsində mövcud olan istixana effektindən gedir. Bu fəaliyyətlər təkcə planetimizdə temperaturun yüksəlməsinə deyil, müxtəlif ekstremal hava şəraitinin yaranmasına, kataklizmlərin baş verməsinə səbəb olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/180800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR