Nigeriya ordusu 1,8 min nəfəri "Boko Haram"ın girovluğundan azad edib

Nigeriya ordusu 1,8 min nəfəri "Boko Haram"ın girovluğundan azad edib
04:37 22 Dekabr 2016
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Nigeriya ordusu 1,8 min nəfəri "Boko Haram"ın girovluğundan azad edib.
"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" məlumat yayıb.
Məlumata görə, əməliyyat dekabrın 15-dən 21-dək davam edib. Ötən həftə Sambis meşə massivində 600 insan girovluqdan xilas olunub.
Son vaxtlar Nigeriya hökuməti ölkənin şimal-şərqindəki Borno ştatında ekstremistlərə qarşı mübarizəni daha da artırıb. Noyabrda Çad gölünün cənub ərazisi silahlılardan təmizlənib. Həmin vaxt 85 nəfər girovluqdan xilas edilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriya-ordusu-1-8-min-neferi-boko-haram-in-girovlugundan-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR