Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 350 m2 olan gül istixanasının yanar konstruksiyaları (taxta atmalar və polietilen örtük) 300 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az