Salyan sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb

Salyan sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb
08:27 22 Dekabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 22 dekabr. REPORT.AZ/ Salyanda bədbəxt hadisə baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb. 
Belə ki, rayonun 20 Yanvar küçəsinin sakini, 58 yaşlı Siyasət Nəcəfqulu oğlu Əmrahov kənddə özəl dəyirmanda işləyərkən ehtiyatsızlıqdan sol qoluna ağır çəkili su qızdırıcısı (kalonka) düşüb. Nəticədə sol bazunun yuxarı hissəsi kəsilərək tamam üzülüb. 
Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsində sol qolu amputasiya edilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyan-sakini-ehtiyatsizliqdan-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR