Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək - "Mələk investorlar"

Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək - "Mələk investorlar"
08:27 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

2017-2020-ci illərdə Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, "mələk investorlar"ın ("angel investor"), etimad fondlarının ("trust fund") innovasiya yönümlü maşınqayırmada tətbiqi istiqamətində təkliflər hazırlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/501143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR