x
Loading...

Saxta pulla alış-veriş edən 25 yaşlı gənc “ilişdi” - FOTO

Saxta pulla alış-veriş edən 25 yaşlı gənc “ilişdi” - FOTO
08:43 22 Dekabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Tovuz rayonunda saxta pulla alış-veriş edən 25 yaşlı gənc saxlanılıb.

"Report" xəbər verir ki, rayonun Böyükqışlaq kənd sakini Namiq Bayramov 5 ədəd 100 manatlıq saxta əskinasları dövriyyəyə buraxmağa çalışarkən polis əməkdaşları tərəfindən saxlanıb.

Belə ki, o, Tovuzda fəaliyyət göstərən, Mehriban Quliyevanın satıcısı olduğu marketə daxil olaraq siqaret və alışqan alaraq 100 manatı qadına verib. Pulun qalığını götürüb mağazadan çıxan gəncin əməlindən satıcı bir neçə saat sonra xəbər tutub. M. Quliyeva ona verilən pulun saxta olduğunu bilib və Tovuz polisini bu barədə məlumatlandırıb.

Aparılan araşdırmalar zamanı 25 yaşlı Namiq Bayramov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən daha 4 ədəd saxta 100 manatlıq əskinaslar aşkarlanıb. Saxlanılan şəxs gördüyü iş müqabilində ona 500 manat pul verildiyini və pulun saxta olmasından xəbərsiz olduğunu bildirib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/180815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR