Gədəbəy rayonu, İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m² olan ikimərtəbəli 13 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının, 2-ci mərtəbədə 8 otağının yanar konstruksiyaları və dam örtüyü ümumilikdə 350 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az