Salyan sakininin ehtiyatsızlığı onu qolsuz qoydu

Salyan sakininin ehtiyatsızlığı onu qolsuz qoydu
09:17 22 Dekabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb. 
Belə ki, rayonun 20 Yanvar küçəsinin sakini, 58 yaşlı Siyasət Nəcəfqulu oğlu Əmrahov kənddə özəl dəyirmanda işləyərkən ehtiyatsızlıqdan sol qoluna ağır çəkili su qızdırıcısı (kolonka) düşüb. Nəticədə sol bazunun yuxarı hissəsi kəsilərək tamam üzülüb. 
Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsində sol qolu amputasiya edilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR