x
Loading...
.

"Azərbaycan millisindən təkilf aldım, ancaq rədd etdim"

"Azərbaycan millisindən təkilf aldım, ancaq rədd etdim"
09:22 22 Dekabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+
.

Sofiya "Slaviya"sının hücumçusu Serder Serderov maraqlı açıqlamalar verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rus futbolçu "championat.com" saytına açıqlamasında bildirib ki, ona Azərbaycan millisində çıxış etmək təklif edilib.

"Şeydayev və Mahmudov söhbətindən qabaq və sonra da mənə dəfələrlə Azərbaycan Futbol Federasiyasından zənglər olurdu. Onlar istəyirdilər ki, mən Azərbaycan pasportu alıb, vətəndaşlığını qəbul edim və bu ölkənin milli komandasında çıxış edim. Ancaq bu təklifi qətiyyətlə rədd etdim. Çünki rusam, Moskvada yaşayıram və bu mənim üçün prinsipial məsələdir", - deyə 22 yaşlı hücumçu bildirib.
 
Qeyd edək ki, karyerası ərzində MOİK, "Anji", "Krılya Sovetov", "Slaviya" (Sofiya) kimi komandalarda çıxış edən Serderov Rusiyanın 17, 19 və 21 yaşlılardan ibarət millilərində də çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR