Premyer Liqanın ən yaxşı və ən zəif qapıçısı kimdi?

Premyer Liqanın ən yaxşı və ən zəif qapıçısı kimdi?
09:27 22 Dekabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının ilk iki dövrəsinin 56 oyununda 14 qapıçı meydana çıxıb. Fanat.Az xəbər verir ki, ən çox qapıçının xidmətindən "Qarabağ" və "Neftçi" istifadə edib - 3. "Neftçi"də Maksim Vaylo cəmi 45 dəqiqə oynayıb və 3 qol buraxıb.

Ən yaxşı göstərici "Qarabağ"dan Şahruddin Məhəmmədəliyevə məxsusdu. O, meydana çıxdığı 4 matçdakı 360 dəqiqədə qapını toxunulmaz saxlayıb. Amma Qurban Qurbanov gənc qolkiperə bundan artıq şans verməyib. Elə yüksək göstərici onun növbəti oyunlarda meydana çıxmaması ilə bağlıdı. "İnter"dən isə Orxan Sadıqlı cəmi bir oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb.

Mütəmadi olaraq oynayanlardan ən yaxşı göstərici "Qəbələ"dən Dmitri Bezotosnı və "Qarabağ"dan İbrahim Sehiçə məxsusdu. Onlar orta hesabla 180 dəqiqədənbir qol buraxıblar. Amma Bezotosnı bu göstəriciyə 14 oyunda 1260 dəqiqə oynamaqla nail olub. Şehiç isə 8 oyunda meydana çıxıb və 720 dəqiqə oynayıb.

Ən zəif göstərici "Neftçi"dən Maksim Vayloya məxsusdu. O, meydanda olduğu hər 15 dəqiqədə qapısında qol görüb.

Qapıçı (klub)

Oyun

Dəqiqə

Qol

Orta hesabla

1

Ş.Məhəmmədəliyev (Qarabağ)

4

360

0

360+

2

Dmitri Bezotosnı (Qəbələ)

14

1260

7

180

3

İbrahim Sehiç (Qarabağ)

8

720

4

180

4

Tadas Simaitis (Kəpəz)

14

1260

13

99.9

5

Səlahət Ağayev (İnter)

13

1170

12

97.5

6

Orxan Sadıqlı (İnter)

1

90

0

90+

7

Boyan Şaranov (Qarabağ)

2

180

2

90

8

Anar Nəzirov (Zirə)

14

1260

15

84

9

Fərhad Vəliyev (Sumqayıt)

14

1260

18

70

10

Aqil Məmmədov (AZAL)

12

1080

19

56.8

11

Krşevan Santini (Neftçi)

8

675

15

45

12

Boban Baykoviç (Neftçi)

6

540

12

45

13

Rəşad Əzizli (AZAL)

2

180

6

30

14

Maksim Vaylo (Neftçi)

1

45

3

15


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqann-n-yax-v-n-zif-qapcs-kimdi-t55084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR