Bakıda daha bir sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda daha bir sərnişin avtobusu piyadanı vuraraq öldürüb
09:27 22 Dekabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb.
Belə ki, 132 saylı marşut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan kişi piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Bu barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sernisin-avtobusu-piyadani-vuraraq-oldur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR