AFFA-nın onu milliləşdirmək planı baş tutmadı

AFFA-nın onu milliləşdirmək planı baş tutmadı
09:37 22 Dekabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın daha bir dağıstanlı futbolçunu "milliləşdirmək" planı baş tutmayıb. Fanat.Az xəbər verir ki, "Anji"nin yetirməsi olan Serder Serderov özü bu barədə Rusiya mətbuatına açıqlamasında deyib:


"Şeydayevlə Mahmudovdan sonra mənə də Azərbaycan vətəndaşlığını qəbul etmək, o ölkənin milli komandasında oynamaq təklif olundu. Amma mən imtina etdim. Mən Rusiya vətəndaşıyam, burda doğulmuşam, burda böyümüşəm. Bu məsələ mənim üçün prinsipialdı".


22 yaşlı Serder futbola "Anji"nin uşaq komandalarında başlayıb, sonra isə ÇSKA və "Ural"da, eləcə də "Krılya Sovetov" da oynayıb. Hazırda Sofiyanın "Slaviya" komandasında çıxış edir. Ramil Şeydayevlə birlikdə Rusiyanın  gənclər yığmasında da oynayıb.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-nn-onu-millildirmk-plan-ba-tutmad-t55085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR