Azərbaycanlı kriminal avtoritetin qardaşı bu avtomobildə öldürüldü - FOTO

Azərbaycanlı kriminal avtoritetin qardaşı bu avtomobildə öldürüldü - FOTO
09:52 22 Dekabr 2016
395 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda silahlı insident olub. Hadisə Lənkəran-Masallı yolunda Masallının Türkoba kəndi ərazisində baş verib. Hadisə zamanı naməlum şəxs 90-VH-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat"  markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb. Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir. Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.
Türkoba kəndində silahlı insident nəticəsində avtomobilində avtomat silahdan açılan çoxsaylı atəş nəticəsində dünyasını dəyişən Fariz İsmayılov kriminal aləmdə "Piter Elçin" kimi tanınan şəxsin qardaşıdır.

Milli.Az report-a istnadən xəbər verir ki, "Piter Elçin"in adı bir neçə tanınmış avtoritetin qətlində hallanır. 
Qeyd edək ki, F.İsmayılov "Piter Elçin"in il ərzində qətlə yetirilən ikinci qardaşıdır. Bundan əvvəl onun Rusiyada iş adamı olan qardaşı Maarif İsmayılov iyunun 22-də "Sofiya" bazarında qətlə yetirilmişdi.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR