Nursultan Nazarbayev: "Azərbaycan qısa tarixi dövrdə dünya birliyinin fəal və nüfuzlu üzvü olub"

Nursultan Nazarbayev: "Azərbaycan qısa tarixi dövrdə dünya birliyinin fəal və nüfuzlu üzvü olub"
10:05 22 Dekabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən təbrik məktubunu təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR