x
Loading...

Azərbaycanın xalq artisti dünyasını dəyişib

Azərbaycanın xalq artisti dünyasını dəyişib
10:07 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Muxtar Maniyev dünyasını dəyişib. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, xalq artisti 81 yaşında vəfat edib.
Nazirlikdən bildirilib ki, Muxtar Maniyevlə vida mərasiminin harada keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, xalq artisti uzun müddət şəkərli diabetdən əziyyət çəkirdi. O, xəstəlik səbəbindən iki ayağını amputasiya etdirmişdi.
Qeyd edək ki, M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərindəki rolları ilə özünü təsdiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycanin-xalq-artisti-dunyasini-deyisibb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR