"Xalqın mənafeyinə göstərdiyi qayğı regionda və onun hüdudlarından kənarda İlham Əliyevə hörmət və nüfuz qazandırıb"

"Xalqın mənafeyinə göstərdiyi qayğı regionda və onun hüdudlarından kənarda İlham Əliyevə hörmət və nüfuz qazandırıb"
10:12 22 Dekabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən təbrik məktubunu təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının mənafeyinə yorulmadan göstərdiyiniz qayğı haqlı olaraq Sizə regionda və onun hüdudlarından kənarda hörmət və nüfuz qazandırıb. Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz Türkmənistanda yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi səadət, bütün dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR