x
Loading...

ABŞ Rusiyaya hücum planı hazırlayır – RƏSMİ

ABŞ Rusiyaya hücum planı hazırlayır – RƏSMİ
10:28 22 Dekabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ prezident seçkiləri zamanı edilən haker hücumlarına cavab vermək üçün plan üzərində işləyir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda MSNBC telekanalına müsahibəsində ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Conson bildirib.

“ABŞ prezidentinin dediyi kimi haker hücumuna cavab ölçülərinin siyahısı müzakirə edilir. Biz onları olduqca diqqətlə fikirləşirik”, - o deyib.

Daha əvvəl Amerika xüsusi xidmət orqanları Rusiyanı rəsmən ABŞ-da seçkilərə təsir etmək cəhdlərində ittiham edib. ABŞ prezidenti Barak Obama öz səlahiyyət müddətinin sonuna kimi ittihamlara cavab vermək xahişi ilə xüsusi xidmət orqanlarına müraciət edib.

Kreml isə ittihamlarla razılaşmır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR