Rusiya qətlə yetirilən səfirlə vidalaşır

Rusiya qətlə yetirilən səfirlə vidalaşır
10:32 22 Dekabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Ankarada qətlə yetirilən səfir Andrey Karlovla vida mərasimi keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az TASS-a istinadən xəbər verir. 

Rusiya prezidenti Vladimir Putinin vida mərasiminə qatılacağı gözlənilir.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Mövlud Mərd Altıntaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb. 

Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Səfirin cənazəsi dekabrın 20-də Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəliblər. Hava limanında qarşılanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR