Azərbaycan gömrükçüləri müxtəlif formalı pirotexniki vasitələr aşkar edib

Azərbaycan gömrükçüləri müxtəlif formalı pirotexniki vasitələr aşkar edib
10:47 22 Dekabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Xaçmaz şəhərində reyd keçirilib. Bu barədə “Report”a DGK-dan bildirilib. 
Məlumatda deyilir ki, reyd nəticəsində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan vətəndaşından 3 169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-muxtelif-formali-pirotexniki-vasiteler-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR