Azərbaycan cüdoçuları: 366 gündə 351 qələbə!

Azərbaycan cüdoçuları: 366 gündə 351 qələbə!
11:05 22 Dekabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Cüdo Federasiyası 2016-cı il üçün ölkələrin bütün yığmalar üzrə nəticələrini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.

Beynəlxalq turnirlər başa çatdığından ölkələrin qazandığı medalların sayı da dəqiqləşib. Azərbaycan yığması böyüklərin yarışında əvvəlki illərlə müqayisədə yüksəlişə nail olub. Cüdoçularımız sabiq baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında müxtəlif səviyyəli yarışlarda 51 mükafat qazanıb. Bunlardan 14-ü qızıl, 10-u gümüş və 27-si bürünc olub.
 
Cüdoçularımız il ərzində ümumilikdə 710 dəfə tatamiyə çıxıblar. Bu görüşlərdən 351-də qələbə qazandığımız halda, 359-da məğlubiyyətə üzülmüşük. İlin yekununa əsasən, beynəlxalq federasiya kişilərdən ibarət yığmamızda Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucovu ən güclü sayıb. O, həmçinin mübarizə apardığı 73 kq çəki dərəcəsində və topladığı xala əsasən bütün çəkilər üzrə də dünyanın ən yaxşısıdır. Qadın cüdoçularımızdan isə Aişə Qurbanlı (48 kq) fərqləndirilib.  
 
Böyüklərin yarışında Azərbaycan millisinin qazandığı medallar

Yarış

Qızıl

Gümüş

Bürünc

Olimpiya Oyunları

0

2

0

Masters

2

0

2

Böyük Dəbilqə

1

2

5

Qran-Pri

3

4

8

Qitə çempionatı

1

1

0

Açıq qitə turniri

7

1

12

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR