Rəqsanə: "Sevgilim var"

Rəqsanə: "Sevgilim var"
13:27 6 Yanvar 2015
270 Şou
Ölkə mətbuatı
A- A+

"Mənim sevdiyim insan var və hər zaman yanımdadır. Çox xoşbəxtəm. Ancaq hər şeyi öz pulumla edirəm. Heç vaxt kişinin puluna ehtiyacım olmayıb. Allaha şükür, özüm yaxşı qazanıram və qızlarımı saxlamaq üçün kifayət edir".

Milli.Az xəbər verir ki, bu sözləri Lady Day.Az-a müsahbəsində tanınmış müğənni Rəqsanə deyib.

Qızı Aysunun işlərindən söz açarkən müğənni deyib ki, onun Moda evi artıq hazır olmaq üzrədir.

"Yalnız bəzi detallar qalıb. Hazırda Aysun rusiyalı dizaynerlərdən dərs alır. Sonra isə üç ay türkiyəli modelyerlərlə çalışacaq. İstəyirəm ki, o, hər şeyi bilsin və əsl peşəkar olsun. Sabah (yanvarın 7-də) onun ad günüdür. Sürpriz hazırlamışam".

Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR