"Qarabağda müharibə qaçılmazdır"

"Qarabağda müharibə qaçılmazdır"
11:05 22 Dekabr 2016
226 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Yepifantsev Dağlıq Qarabağda yeni müharibənin qaçılmaz olduğunu bəyan edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə ekspert "Azadlıq Radiosu"nun Rusiya bölməsinə açıqlamasında bildirib. 

"Yeganə sual müharibənin nə vaxt başlayacağı və hansı formatda olacağıdır. Mən münaqişənin danışıqlar yolu ilə həlli perspektivini görmürəm", - deyə Yepifantsev vurğulayıb. 

Rusiyalı ekspert, həmçinin Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həllinin açarının Moskvanın əlində olması barədə fikri ilə razılaşmadığını bəyan edib. 

"Aprel döyüşlərinin dördüncü günü Moskvanın müdaxiləsi ilə tərəflər atəşkəs barədə razılığa gəliblər. Əgər yenidən hərbi əməliyyatlar başlasa, onda Moskva yenidən diplomatik yollarla hadisələrə müdaxilə etməyə çalışacaq. Lakin Ermənistan rəsmi Moskvadan hərbi yardım gözləməməlidir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR