Moskvada metro keçidində partlayış olub, yaralananlar var

Moskvada metro keçidində partlayış olub, yaralananlar var
11:07 22 Dekabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər. 
Məlumata görə, partlayış Andropov prospektindəki “Kolomensk” metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. 
Şahdilərinin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.
Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvada-metro-stansiyasinin-yaxinliginda-partlayis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR