Qatilin qohumları sərbəst buraxıldı

Qatilin qohumları sərbəst buraxıldı
11:13 22 Dekabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu vuran polis Mövlüd Mərd Altıntaşın hadisədən sonra saxlanılan 6 yaxını ifadələri alınaraq sərbəst buraxılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunlar qatilin anası, atası, bacısı və 3 qohumudur.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada silahlı hücuma məruz qalıb. Hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib. Səfir aldığı yaralardan xəstəxanada həyatını itirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR