Azərbaycanlı iş adamlarının adları qətldə hallanır: Sofiyadakı qətlin üstü açılır?

Azərbaycanlı iş adamlarının adları qətldə hallanır: Sofiyadakı qətlin üstü açılır?
11:24 22 Dekabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Peterburq İstintaq Komitəsinin əməkdaşları “Vodokanal Leninqradskoy oblasti" şirkətinin sahibi Sayad Əliyevin ofisində axtarış aparıblar. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, müstəntiqlər bir qədər əvvəl Peterburqun Sofiya meyvə-tərəvəz bazasında baş vermiş qətllin iziylə ofisdə olublar.

 

Bundan başqa istintaq Peterburqda yaşayan nüfuzlu iş adamları və diaspora liderləri Vaqif Məmişov və Məşkur Qasımovun da qətldə iştirakından şübhələnir.

 

Xatırladaq ki, bu ilin iyununda 27 yaşlı Emil Hüseynov adıgedən bazada 43 yaşlı İsmayılov soyadlı azərbaycanlını güllələmişdi. Amma Hüseynov uzağa gedə bilməmiş, elə bazanın işçiləri tərəfindən ələ keçirilib döyülmüşdü. Həmin vaxt Emil Hüseynov təzyiq altında qətli sifariş verən şəxsin də adını çəkmiş, “Vaqif” demişdi.

 

Müstəntiqlər hadisədən bir neçə gün sonra Vaqif Məmişovu və “Viləş” şirkətinin sahibi Məşkur Qasımovu da dindirmişdilər. İstintaqa o da məlum olmuşdu ki, qətldən bir qədər əvvəl Məmişov və Qasımov qətli həyata keçirən Hüseynovla dəfələrlə görüşüblər. Bundan başqa istintaqa o də məlum olub ki, qətlə yetirilən İsmayılovun qardaşı, yerli avtoritet Elçinin Məşkur Qasımovla düşmənçiliyi olub.

 

Yeri gəlmişkən, bu “Vodokanal”da aparılan ikinci axtarışdır. Birinci axtarış zamanı şirkətin sahibi Sayad Əliyevin telefonu və planşeti müsadirə edilmişdi. Məlumata görə, Məmişov və Qasımov növbəti dəfə istintaqa cəlb ediləcəklər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR