x
Loading...
.

“Mehmetcik” tələsi Ankaranı ayağa qaldırdı – ABŞ-Türkiyə MÜHARİBƏSİ BAŞLAYIR

“Mehmetcik” tələsi Ankaranı ayağa qaldırdı – ABŞ-Türkiyə MÜHARİBƏSİ BAŞLAYIR
11:33 22 Dekabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+
.

ABŞ Əl Babda İŞİD üzvlərini Türkiyə əsgərlərinin üzərinə göndərir.

Publika.az
xəbər verir ki, “Aydınlık” qəzeti ABŞ-ın Türkiyəyə qarşı xain planını ortaya çıxarıb.

Qəzet yazır ki, ABŞ-ın Rakka əməliyyatı 2017-ci ilin aprel-may aylarına qədər təxirə salındığı elan olunandan sonra, Rakka şəhərindəki və ətrafındakı terrorçular Əl Baba gələrək türk əsgərlərinə hücum edirlər.

İddialara görə, ABŞ Rakka əməliyyatını terrorçuların Əl Babda Türkiyə ordusuna qarşı istifadə etmək üçün təxirə salıb.

“ABŞ Türkiyənin Əl Baba girişinin qarşısını ala bilmədiyi üçün bölgədə İŞİD-çilərin sayını artırdı. Daha əvvəl PKK-nın Suriya qolu olan PYD ilə birlikdə İŞİD-in “paytaxtı” sayılan Rakkada əməliyyat başlayacağını elan edən ABŞ Türkiyənin Əl Baba müdaxiləsindən sonra əməliyyatı təxirə saldı. Çünki Rakkadakı İŞİD-çilər Əl Babda türk əsgərinin üzərinə göndərilir”, - deyə qəzet yazır.

Qəzetin yüksək səviyyəli kəşfiyyat mənbələrindən əldə etdiyi məlumata görə, ABŞ-n Rakkadan Əl Baba göndərdiyi İŞİD-çilər sayı 700 nəfərdir.

“Bu terrorçular çox yaxşı təlim görüblər”, - deyə mənbə açıqlayıb.

Mənbə qeyd edib ki, ABŞ Əl Babda Türkiyəyə qarşı əlindən nə gəlirsə edir: “Əl Bab ABŞ üçün önəmlidir. ABŞ Münbiç kimi Əl Babın da PYD-nin nəzarətinə keçməsini istəyir. Çünki Əl Bab Türkiyə ordusunun əlinə keçərsə, ABŞ-ın Aralıq dənizinə çıxarmaq istədiyi “kürd dəhlizi” planı baş tutmayacaq. Bilirlər ki, Türkiyə ordusu Əl Babadan sonra Münbiçə gələcək. Hazırda Əl Babın türk əsgərləri tərəfindən ələ keçirilməsinin qarşısını ala bilməsələr də, bunu uzatmaq istəyirlər. Buna paralel olaraq, Kamışlıdan, Kobanidən, Telabyatdan ailələri gətirib Münbiçə yerləşdirirlər. Münbiçin demoqrafik vəziyyətini dəyişdirmək istəyirlər.

Mənbə əlavə edib ki, Hələbin Suriya hakimiyyətinin nəzarətinə keçməsi bölgədə kartları dəyişdirəcək.

“Suriyanın sabitliyə qovuşması Türkiyənin bu ölkədəki terror təhlükəsindən böyük ölçüdə xilas olacağı deməkdir”, - deyə mənbə bildirib.

Suriya sərhədində xidmət edən rəsmilərdən biri isə qəzetə açıqlamasında Fərat çayının şərqinə diqqət çəkib.

“ABŞ Fəratın şərqində terror qruplarına lojistik dəstək vermək üçün mərkəz yaradıb. Hazırda ABŞ bazalarına nəqliyyat təyyarələri enib qalxır. Bura gətirilən hərbi ləvazimatlar PYD-nin nəzarətindəki bölgəyə daşınır. Bura Münbiç də daxildir. Yüzlərlə TIR ləvazimat daşındı. İçində nə olduğu dəqiq bilinmir”, - deyə adının açıqlanmadığı rəsmi vurğulayıb.

Qəzet fikrini öyrəndiyi ekspertlərə istinadən qeyd edir ki, bu vəziyyət Suriyada Amerika-Türkiyə qarşıdurmasını şiddətləndirəcək.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/180844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR