"Mançester Yunayted" 4 futbolçuya 215 milyon avro ayırdı

"Mançester Yunayted" 4 futbolçuya 215 milyon avro ayırdı
12:05 22 Dekabr 2016
140 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" qış və yay fasiləsində transfer edəcəyi futbolçuların siyahısını müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "mankunianlar" 4 oyunçunu heyətə qatmağı planlaşdırırlar.

Baş məşqçi Joze Mourinyonun tələbi ilə qış fasiləsində "Benfika"nın müdafiəçisi Viktor Lindelef transfer ediləcək. Bu keçid üçün 45 milyon avro ayrılıb. Yayda isə "Atletiko"nun hücumçusu Antuan Qrizmann, "Benfika"nın digər müdafiəçisi Nelson Semedu və "Monako"nun yarımmüdafiəçisi Temue Bakayoko ilə danışıqlar aparılacaq.
 
Ada təmsilçisi Qrizmannı 99, Semedunu 30, Bakayokonu isə 41 milyon avroya transfer etməyi planlaşdırır. "Qırmızı şeytanlar" adıçəkilən futbolçuları bu məbləğə ala bilsələr, 4 transfer üçün ümumilikdə 215 milyon avro xərcləyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR