Moskva hakerlərin köməyilə Ukrayna artilleriyasını necə məhv etdi? – ŞOK MƏRUZƏ

Moskva hakerlərin köməyilə Ukrayna artilleriyasını necə məhv etdi? – ŞOK MƏRUZƏ
12:18 22 Dekabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hökuməti ilə bağlı olan “Fancy Bear” qruplaşmasının hakerləri “Android” proqramları vasitəsilə Ukrayna ordusunun artilleriyasını izləyir və onu məhv etməyə kömək edirdilər.

Publika.az Ukraynanın “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda “CrowdStrike” kibertəhlükəsizliyi üzrə mütəxəssislərin məruzəsində deyilir.

Analitiklər və müstəqil ekspertlər bildirirlər ki, 2013-cü ildən 2016-cı ilə qədər Ukrayna ordusu D-30 qaubitsalarının 80 faizini itirib. Bu, bütün hərbi texnika növləri arasında ən böyük itki olub.

Məruzəyə əsasən, “Fancy Bear” hakerləri bilavasitə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə bağlıdır.

“Reuters” agentliyinin məlumatına görə, Ukrayna artilleriyasının izlənilməsi üçün istifadə olunan proqramlardan həmçinin seçkiqabağı kampaniya zamanı ABŞ Demokratlar Partiyasının Milli Komitəsinə kiberhücumları zamanı da istifadə edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR