"Müğənni olduğum üçün dayılarım mənlə küsülüdür" - Günay

"Müğənni olduğum üçün dayılarım mənlə küsülüdür" -  Günay
12:46 22 Dekabr 2016
118 Şou
Ölkə mətbuatı
A- A+

"9 ildən çoxdur ki, bu sənətdəyəm. Müğənni olduğuma görə, illərdir dayılarımla küsülüyəm. Valideynlərim musiqiçi olduğu üçün, məni dəstəkləyiblər və icazə verinlər".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində deyib.

İfaçı bildirib ki, uzun müddətdir dayıları ilə küsülüdür:

"Müğənni olduğum üçün dayılarım, qohumlarım gileyləndilər. Amma uzaq qohumlar artıq evə zəng etməyə başlayıblar. Ata-anama deyirdilər ki, niyə qızının müğənni olmasına icazə vermisiniz? Müğənnilərin adı pis çıxıb. Halbuki başqa sahələrdə elə hadisələr olur ki, mən onları gözümlə görmüşəm, amma insanlar efirdə onları görmürlər. Bir dayım var ki, onunla mənim yaş fərqimiz azdır. Onun uşaqları olub, artıq onların 2-3 yaşı var, amma mən o uşaqları yolda görsəm, tanımaram".

G.İbrahimli hətta nənəsiylə də danışmadığını bildirib:

"Nənəmlə də aramızda soyuqluq olub, amma bu yaxınlarda danışmışam. Nənədir də, arada danışırıq, gediş-gəliş yoxdur, illərdir, onun üzünü görmürəm, amma telefonla danışırıq. Halbuki bizim evlə nənəmgil arasında 1 kilometr məsafə var. Məni çox istəyir, amma sənətimi qəbul etmir. Efirdə mənlə bağlı nəsə pis bir şey görəndə, zəng edib məni biabır edir. Rəhmətlik babam da sənətimi qəbul etmirdi. Bizə gəlirdi, anamgilə hirslənirdi ki, yenə qızın çıxıb efirə. Sonra elə oldu ki, babam çox ağır xəstəlik keçirtdi, onun yanında təkcə mən olurdum. Şou-proqramdan çıxırdım, babamın yeməyini mən aparırdım. Azərbaycanda mentalitet söhbəti var. Babam istəyirdi ki, mən ailə qurum. Bizim sənətdə də ailə qurmaq bir az çətindir.

Bir jurnalın üz qabığına çıxmışdım. Babamın ölümünə bir saat qalmış həmin jurnalı göstərdim ona. O, hiss edib ki, dünyasını dəyişəcək, məni qucaqlayıb öpdü, ağladı, çünki heç bir oğlu yanında deyildi. Babam mənə dedi ki, mən bu sənəti sənə halal edirəm. O anlar hələ də gözümün qabağındadır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR