AFFA "Qarabağ" klubunun məşqçisini cəzalandırıb

AFFA "Qarabağ" klubunun məşqçisini cəzalandırıb
12:52 22 Dekabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Ruben Sellesi cəzalandırıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Azərbaycan Premyer Liqasının XIV turunda "İnter"lə evdə keçirilən oyunda R.Sellesin texniki zona qaydalarını pozması səbəb olub.
Məşqçiyə bir oyunluq cəza verilib. Klub isə 800 manat cərimələnib.
Həmin turda "Qəbələ" və "Kəpəz" komandaları arasında keçirilmiş oyunda Gəncə təmsilçisinin futbolçusu Renan Da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 200 manat ziyana düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-qarabag-klubunun-mesqcisini-cezalandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR