Deputat Eduard Ömərov: "Tümendə Azərbaycanın görkəmli neftçisi Fərman Salmanovu yaxşı tanıyırlar və onun xatirəsini yad edirlər"

Deputat Eduard Ömərov: "Tümendə Azərbaycanın görkəmli neftçisi Fərman Salmanovu yaxşı tanıyırlar və onun xatirəsini yad edirlər"
13:02 22 Dekabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 22 dekabr. REPORT.AZ/ "Tümen vilayətinin yaşlı nəsli Azərbaycanın görkəmli neftçisi Fərman Salmanovu xatırlayır və onun xatirəsini yad edirlər. Tümen camaatı bu torpaqlarda neftin kimin sayəsində çıxdığını gözəl bilir".
Bunu "Report"un Moskva müxbirinə açıqlamasında Tümen vilayətinin yeni seçilmiş deputatı, əslən azərbaycanlı Eduard Ömərov deyib.
"Fərman Salmanovun qardaşı oğlu mənimlə bir yerdə oxuyub. Buna görə də məşhur neftçi ilə tanış olmaq imkanım olub. O, çox maraqlı və xarizmatik şəxsiyyət idi", - deyə E.Ömərov bildirib.
O, 2017-ci ildə F.Salmanovun anadan olmasının 85 ili tamam olacağını xatırladıb və Tümendə bu hadisənin təntənəli şəkildə qeyd edilməsinin planlaşdırıldığını vurğulayıb.
Əslən azərbaycanlı olan deputat Rusiyanın "neft paytaxtı"nda azərbaycanlılara çox yaxşı münasibət göstərildiyini və elə özünün depuatat seçilməsi faktının burada milli məsələlərin obyektiv həll olunmasına bariz nümunə olduğunu qeyd edib.
Onun sözlərinə görə, 35 ildir Tümen yaşasa da, biznes və əlaqələr qursa da, heç vaxt vətənini - Azərbaycanı unuda bilmir.
Deputat Azərbaycan və Rusiya regionları arasında əməkdaşlıq üçün potensialın çox yüksək olduğunu bildirib.
"Qarşılıqlı fayadalı olacaq çox biznes qurmaq olar. Azərbaycan satış bazarlarına ehtiyac duyur. Ən yaxın və ən böyük bazar isə Rusiyadır. Əməkdaşlığın kütləvi olması üçün belə meydanlar lazımdır", - deyə o vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/deputat-eduard-omerov-tumende-azerbaycanin-gorkemli-neftcisi-ferman-salmanovu-yaxsi-taniyirlar-ve

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR