x
Loading...

Sabahın HAVAsı

Sabahın HAVAsı
13:05 22 Dekabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütünundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR