x
Loading...

Monika Belluççi və Əmir Kusturiça Moskvanın ən elit restoranında - FOTO/VİDEO

Monika Belluççi və Əmir Kusturiça Moskvanın ən elit restoranında - FOTO/VİDEO
13:18 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Monika Belluççi ilə Əmir Kusturiça Moskva elitasının əyləndiyi restoranda olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Saman yolu” filminin təqdimatı münasibətilə Rusiyaya gələn məşhur ulduzların şərəfinə Moskvanın ən bahalı restoranında (Cristal room baccarat) yemək ziyafəti təşkil olunub. Restorana giriş məhdudlaşdırıb və ziyafətə yalnız VİP siyahı üzrə 500 nəfər qatılıb.

Onların arasında teleaparıcı Yekaterina Andreyeva və Lena Letuçaya, stilist Vlad Kisoveç, aktrisa Yelena Zaxarova, o cümlədən moda jurnalının redaktoru Evelina Xromçenko və başqaları olub.

"Komsomolskaya Pravda" müəyyənləşdirə bilib ki, aktrisa üçün ayrıca menyu hazırlanmayıb. Onu yengəcli mini-rollar, moruq, çiyələk, çərəzlər, pendir, şokolad və pirojnalara qonaq ediblər.

Monika Belluççi növbəti dəfə “qara dul” stilinə və sevimli dizaynerlərinə sadiqliyini nümayiş etdirib. 52 yaşlı aktrisanın gecə üçün seçdiyi dəbdəbəli uzun qara donu “Dolce & Gabbana” brendindən olub.

Aktrisanı demək olar ki, bütün gecə boyu mühafizə dəstəsi tərk etməyib.

Aytən






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/180867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR