x
Loading...
.

Rus səfiri güllələyən qatilin yaxasındakı nişan... - FOTO

Rus səfiri güllələyən qatilin yaxasındakı nişan... - FOTO
13:27 22 Dekabr 2016
313 Dünya
Ölkə mətbuatı
A- A+
.

Rusiyanın Ankaradı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Altıntaşın sui-qəsdin baş verdiyi yerə diqqət çəkmədən girmək üçün mühafizə polisi nişanı taxdığı müəyyən edilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.

22 yaşlı Mevlüt Mert Altıntaş sərginin keçiriləcəyi mərkəzin yanındakı oteldə 5 gün öncədən qalmağa başlayıb.

Dünən ortaya çıxan həqiqət hər kəsi çaş-baş salıb - Qatilin o gecə 19.00-da sərgiyə gələcəyini Çankaya Müasir İncəsənət Mərkəzi rəhbərliyi belə həmin gün 16.30 radələrində öyrənib.

Qətlin törədildiyi gecə qatil Mevlüt Mert Altıntaşın pencəyinin yaxasındakı polis nişanı detalı yeni ortaya çıxıb. Bu nişanı yalnız Təhlükəsizlik Mühafizə Dairəsində vəzifəli polis məmurları taxırlar. Ankarada bu nişanı bütün məmurlar tanıyırlar. Yaxasında olan nişana görə polisə bütün "yollar açıqdır".

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR