x
Loading...

Bakıda bəzi "xruşşovka"lar söküləcək

Bakıda bəzi "xruşşovka"lar söküləcək
13:29 22 Dekabr 2016
258 Digər
Ölkə mətbuatı
A- A+

 

"Bəzi "xruşşovka" tipli binaların sökülməsi gündəmdədir". "APA-Economics" xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

 

"Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək. Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir", - deyə İ. İsbatov bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR