Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin TRT televiziyasından işdən çıxarılan 68 nəfər həbs olunub.
“Report” "Ulusalkanal"a istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda və “Bylock” proqramından istifadə etməkdə şübhəli bilinirlər.
Televiziyanın keçmiş əməkdaşları ilə bağlı əməliyyatı Ankara şəhər Təhlükəsizlik İdarəsi keçirib. Ankara şəhər Prokurorluğu isə onlar barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, FETÖ-çular “Bylock” kompüter proqramı vasitəsilə bir-biri ilə əlaqə saxlayırmışlar.